SON DƏQİQƏ!Yüksək vəzifəli şəxs işdən çıxarıldı: 48 il idi İŞLƏYİRDİ
20 May 2026, 11:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
588
28.08.2020, 18:44
Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-31, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 29-da Abşeron yarımadasında mülayim şimal küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Həmçinin oxuyun
11:18 / 20 May 2026
34
11:10 / 20 May 2026
39
11:06 / 20 May 2026
23
11:03 / 20 May 2026
28
10:59 / 20 May 2026
29
10:47 / 20 May 2026
29
10:43 / 20 May 2026
38
10:39 / 20 May 2026
37
10:36 / 20 May 2026
133
10:31 / 20 May 2026
56
10:30 / 20 May 2026
109
10:22 / 20 May 2026
42
10:15 / 20 May 2026
48
10:11 / 20 May 2026
68
10:09 / 20 May 2026
355
10:07 / 20 May 2026
129
09:55 / 20 May 2026
43
09:53 / 20 May 2026
51
09:51 / 20 May 2026
50
09:11 / 20 May 2026
180
00:59 / 20 May 2026
189
00:41 / 20 May 2026
158
00:00 / 20 May 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.