Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
20 May 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
504
27.08.2020, 11:32
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin gördüyü tədbirlər çərçivəsində avqustun 31-dən etibarən Maliyyə Nazirliyinin inzibati binasına daxil olan əməkdaşlar və qonaqlar “E-Təbib” tətbiqi yüklənmiş smartfon telefonlarını xüsusi qurğuya yaxınlaşdıraraq oxutmalıdırlar.
Publika.az-a nazirlikdən verilən məlumata görə, statusu “qırmızı” və ya “sarı” olan şəxslərin Nazirliyin inzibati binasına girişi qadağan olunacaq.
Təlimata əsasən, “qırmızı” statuslu şəxs “COVID-19” virusunun daşıyıcısı olduğuna görə dərhal izolyasiya olunmalı, “sarı” statuslu şəxs isə testinin cavabı pozitiv olan aktiv xəstə ilə yaxın məsafədə olduğuna görə yoluxma ehtimalına qarşı izolyasiya edilərək yoxlanışdan keçməlidir.
Qurğu vasitəsi ilə yoxlanılması təmin edilməyən əməkdaşlar və qonaqlar isə inzibati binaya buraxılmayacaq.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə müəyyən preventiv tədbirlərin görülməsi üçün “E-Təbib” mobil tətbiqi hazırlanaraq istifadəyə təqdim olunub.
Bu tətbiq vasitəsilə istənilən şəxs ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olan şəxsə (məsələn, növbədə, dükanda, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində və s.) bildiriş göndərilir və laboratoriya testinə dəvət olunur.
“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir və yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
09:11 / 20 May 2026
87
00:59 / 20 May 2026
129
00:41 / 20 May 2026
135
00:00 / 20 May 2026
105
23:34 / 19 May 2026
150
23:21 / 19 May 2026
148
23:12 / 19 May 2026
129
22:56 / 19 May 2026
211
22:46 / 19 May 2026
203
22:44 / 19 May 2026
351
22:26 / 19 May 2026
124
22:13 / 19 May 2026
129
21:58 / 19 May 2026
705
21:49 / 19 May 2026
126
21:35 / 19 May 2026
148
21:20 / 19 May 2026
117
21:09 / 19 May 2026
180
20:47 / 19 May 2026
130
20:47 / 19 May 2026
106
20:42 / 19 May 2026
111
20:38 / 19 May 2026
102
20:34 / 19 May 2026
106
20:31 / 19 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.