Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
20 May 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
27.08.2020, 11:11
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.
Göyçay Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd "Eldar şamı" cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
09:11 / 20 May 2026
87
00:59 / 20 May 2026
129
00:41 / 20 May 2026
135
00:00 / 20 May 2026
105
23:34 / 19 May 2026
150
23:21 / 19 May 2026
148
23:12 / 19 May 2026
129
22:56 / 19 May 2026
211
22:46 / 19 May 2026
203
22:44 / 19 May 2026
351
22:26 / 19 May 2026
124
22:13 / 19 May 2026
129
21:58 / 19 May 2026
705
21:49 / 19 May 2026
126
21:35 / 19 May 2026
148
21:20 / 19 May 2026
117
21:09 / 19 May 2026
180
20:47 / 19 May 2026
130
20:47 / 19 May 2026
106
20:42 / 19 May 2026
111
20:38 / 19 May 2026
102
20:34 / 19 May 2026
106
20:31 / 19 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.