Qaynar xətt:

(+99450) 247 90 86

Dərslər onlayn olacaq - Məktəblərlə bağlı qərar

Dərslər onlayn olacaq - Məktəblərlə bağlı qərar

CƏMİYYƏT

692

25.08.2020, 20:23

Xəbər verildiyi kimi, Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq, yeni təhsil ilinin 31 avqustda məsafədən (onlayn) təhsil ilə açılacağını bildirib.
 

O, üz-üzə təhsilə isə 21 sentyabrdan etibarən mərhələli şəkildə keçiləcəyini qeyd edib.
 
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabından vətəndaşlara səslənib.
 
O bildirib ki, koronavirusun gətirdiyi qaydalara əməl etmək lazımdır ki, təhsil ənənəvi qaydada bərpa edilə bilsin:
 
"Uşaqlarımız və gənclərimiz yoluxma azlasın deyə canlarını fəda edirlər. Bunu cavabsız, nəticəsiz qoymamalıyıq. Ehtiyat tədbirlərinə əməl etmək lazımdır ki, yoluxma halları azalsın, sentyabrın 21-də məktəblərdə üz-üzə, ənənəvi təhsil bərpa edilsin. Uşaqları daha təhlükəsiz şəraitlə təmin etməliyik. Valideynlərimiz də uşaqlarımız qədər həssas olmalıdır"