Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq

Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq

CƏMİYYƏT

447

25.08.2020, 20:20

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Oxu24.com-a "Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə edir.