Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38139
az

Şirvanda 45 min manatlıq oğurluq edən şəxslər saxlanılıb - VİDEO

19:3625 Avqust, 2020
314
CƏMİYYƏT
  • A

Şirvanda  beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Baku.tv xəbər verir ki, Şirvan polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan 27 yaşlı Qafarlı Əlizadə saxlanılıb. Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulubmuş.

Axtarış zamanı mənzildə müxtəlif mobil telefonlar və məişət əşyaları aşkar edilib. Bunların narkotik vasitələrin satışı müqabilində əldə edildiyi ehtimal olunub.

İstintaq zamanı müəyyən edilib ki, ünvanda aşkar olunan rəqəmsal televizor oğurluq olub. Həmin televizoru ona narkotik əvəzinə silsilə oğurluqlar edən şəxslər verib. 

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən 24 yaşlı Fərhad Eyvazov və həmyaşıdı Qəribağa saxlanılıb. Əlbir oğrular beş evdən ümumilikdə, dəyəri 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıblar.

 Bu ilin yanvar ayının 29-da onlar Şirvan sakini Günay Gözəlovaya məxsus mənzildən 11.290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 Amerika dolları nağd pul oğurluq ediblər.

Qarətçilər may ayında isə Şirvan sakini Xəyalə Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10.000 min Amerika dolları nağd pul oğurluq ediblər. Bu azmış kimi, onlar iyun ayında isə Şirvan sakini, Həyat Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları - ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

Avqust ayında Şirvan sakini, Fikrət Axundova məxsus mənzildən bir ədəd 1300 manat dəyərində iki ədəd plazma televizor, 700 manat dəyərində  noutbuk və digər məişət əşyaları, ümumilikdə,  2150 manat oğurlanıb.

İstintaq daha bir evdən oğurluq olunması barədə məlumat əldə etsə də, həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar onun müraciətindən sonra araşdırılacaq.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır