Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ
16 Noyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
25.08.2020, 18:12
"Abel Məhərrəmov, etiraf elə, kimin tapşırığı ilə mənim əyani aspiranturada oxuyan oğlumu qovub ömrü boyu unutmayacağı zərbə vurdun? Bir gəncin gələcəyini məhv etdin. Niyə? Neyləmişdi o gənc sənə?”.
"Niyə BDU-da uçotda olmaya-olmaya məni YAP-dan çıxardın? Halbuki, Yasamal YAP-ının sədri rəhmətlik Fikrət müəllim " O xanımın YAP-da əziyyəti çoxdur, mən onu çıxarda bilmərəm" demişdi. İsrarla neçə gün dalbadal "Gəlin ərizə yazın, partiyadan çıxın" mesajı göndərirdin. Mən nə dedim?
Dedim ki, mən əqidəmdəm istefa vermirəm. İstəyirsən çıxart. Həbsdən sonra Cənab Prezidentə müraciət etdim ki, mən adi müəllim işləmək istəyirəm. Kiçik övladım həbsxanaya yanıma gələndə qapıdakı itlərdən, üst-başının aranmasından, mənim həbsimdən ciddi psixoloji sarsıntı keçirib, onunla məşğul olacağam. Sizə məni işlə təmin etmək tapşırıldı”.
Gülər Əhmədovanın sözlərindən aydın olur ki, Abel Məhərrəmova onu işlə təmin etmək tapşırılıb. Keçmiş rektor tapşırığa əməl etsə də, 2 ay sonra Gülər Əhmədovanı işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışıb:
"Bu tapşırıq veriləndə 2014-cü ilin may ayı idi. 2 aydan sonra məni 4 prorektorunuz ilə birlikdə kabinetinə çağırıb". İşdən çıxmaq haqqında könüllü ərizə yaz, yoxsa statya ilə çıxaracağam" dediniz. Nə həbs olunanda, nə də həbsdən azad olunanda ağlamayan mən ağladım, özümə görə deyil, Prezidentimə görə ağladım. Sizin riyakarcasına onu aldatdığınıza görə ağladım. Sizə "Prorektorları niyə bura yığmısınız? Kimə şahidlik edirlər? Bu ölkədə Prezidentdən də böyük kim var ki, onun qərarını pozursunuz” dedim.
Çox sərt idin, Abel Məhərrəmov, çox. "Yaz, artıq-əskik danışma" dedin. Yazdım. Ona görə yazdım ki, o şərçi-böhtançı it sürüsünü yenə üstümə sala bilərdiniz. Yenə həbs etdirərdiniz artıq sizin qəddarlığınızı, şər-böhtanlarınızı, bütün ailəmi işsiz-gücsüz qoyduğunuzu, bir ailəni necə məhv etdiyinizi görmüşdüm. Bilirdim ki, özünüzü fövqəlbəşər sayırsınız.
Allah bəlanızı versin.
Mənə, övladlarıma yaşatdığınız bütün əzablar bumeranq kimi sizə qayıdacaq. Sizin də, övladlarınızın da üzünə qapılar bağlanacaq. Sizin də qadınlarınız, qızlarınız sübh namazına kimi mənim kimi ulayacaq.
Siz də utandığınızdan nə həyat yoldaşınızın, nə də övladlarınızın üzünə baxa bilməyəcəksiniz, diliniz qısa olacaq. Deyə bilməyəcəksiniz ki, mən vəfasız, qəddar, mərhəmətsiz ,ədalətsiz ,qisasçı, naxələf adamlarla yoldaşlıq etmişəm.
Allah var, Abel Məhərrəmov! Var Allah!Əlhəmdürillah!”
21:52 / 16 Noyabr 2026
7
21:46 / 16 Noyabr 2026
36
21:35 / 16 Noyabr 2026
60
21:30 / 16 Noyabr 2026
470
21:24 / 16 Noyabr 2026
56
21:16 / 16 Noyabr 2026
59
21:01 / 16 Noyabr 2026
94
20:56 / 16 Noyabr 2026
84
20:54 / 16 Noyabr 2026
82
20:52 / 16 Noyabr 2026
140
20:46 / 16 Noyabr 2026
79
20:44 / 16 Noyabr 2026
472
20:34 / 16 Noyabr 2026
83
20:30 / 16 Noyabr 2026
77
20:19 / 16 Noyabr 2026
77
20:13 / 16 Noyabr 2026
142
20:07 / 16 Noyabr 2026
797
20:00 / 16 Noyabr 2026
150
19:55 / 16 Noyabr 2026
103
19:47 / 16 Noyabr 2026
101
19:40 / 16 Noyabr 2026
115
19:28 / 16 Noyabr 2026
109
19:18 / 16 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.