Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonlarda qazın verilişi dayandırıldı - SİYAHI

Bu rayonlarda qazın verilişi dayandırıldı - SİYAHI

CƏMİYYƏT

690

20.08.2020, 22:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.

Bu barədə KONKRET.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Fizuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.