Kürdəmirdə iki avtomobil toqquşub , xəsarət alanlar var
16 Noyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
20.08.2020, 21:13
Çox zaman ətrafımızda olan insanlardan eşidirik ki, gəlirləri yaxşı olmasına baxmayaraq, maddi vəziyyətləri yaxşı deyildir. Ayın axırına qədər həmin pul onlara kifayət etmir. Gəlir yaxşıdır, ancaq bərəkəti yoxdur. (Tebyan)
Qurani-Kərim də bərəkət mövzusuna çox toxunmuş və buyurmuşdur ki, mal çox olması - bərəkətli olması demək deyildir. "Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz". ("Məsəd" 2).
"Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi". "Qüdrətim və səltənətim (və iddialarımın dəlil - sübutu da) əlimdən çıxdı". ("Haqqə" 28-29).
Ona görə də deyə bilərik ki, bizim ruzimizə və maddi vəziyyətimizə təsir edən bir çox amillər vardır ki, onun bərəkətini aradan apara bilir.
Ruzi bir növ toxuma bənzəyir ki, onu sulamaq lazımdır. Halal ruzi qazanmaq həmin toxumdur və onu biz sulayarıq. Günəş çıxana qədər oyaq qalmaq - həmin toxumu sulamaq zamanıdır. İnsanlarla xoş rəftar etmək və gözəl əxlaqa malik olmaq - həmin toxumu sulamaqdır. Sileyi-rəhm və qonaq qəbul etmək həmin toxumu sulamaqdır. Hər gecə "Vaqiə" surəsini oxumaq - həmin toxumu sulamaqdır. İnsanın ruzisinə bərəkət verən amillərdən biri də ata və ananın övladı üçün etdiyi xeyir dualarıdır. İmam Sadiq (ə) buyurur: "Hər kim valideyninə yaxşılıq edər, həyatında heç bir zaman yoxsulluğa düçar olmaz".
Doğruçu olmaq bərəkət gətirər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim danışığında düz, rəftarında insaflı olarsa, valideyninə yaxşılıq edərsə, sileyi-rəhm edərsə - əcəli təxirə düşər və ruzisi artar, ağlından bəhrələnər və sual verilən zaman lazım olan cavab ona təlqin olunar".
İnsanlarla mehriban olmaq bərəkət gətirər.
Həzrət Peyğəmbər (s) buyurur: "Mehriban olmaqda bərəkət və çoxluq vardır. Hər kim ondan məhrum olarsa, xeyirdən məhrum olmuş olar".
Qənaət bərəkət gətirər.
Hədislərimiz bizi həmişə qənaətli olmağa təşviq edir və buyurur ki, əgər qənaət etsən, insanlardan ehtiyacsız olar və ruzin də bərəkətli olar.
İstiğfar etmək bərəkət gətirər.
Qurani-Kərim buyurur: "Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin".
23:33 / 16 Noyabr 2026
12
23:25 / 16 Noyabr 2026
34
23:07 / 16 Noyabr 2026
69
22:57 / 16 Noyabr 2026
69
22:47 / 16 Noyabr 2026
75
22:30 / 16 Noyabr 2026
75
22:25 / 16 Noyabr 2026
113
22:21 / 16 Noyabr 2026
173
22:10 / 16 Noyabr 2026
111
21:59 / 16 Noyabr 2026
93
21:52 / 16 Noyabr 2026
129
21:46 / 16 Noyabr 2026
96
21:35 / 16 Noyabr 2026
120
21:30 / 16 Noyabr 2026
1640
21:24 / 16 Noyabr 2026
103
21:16 / 16 Noyabr 2026
117
21:01 / 16 Noyabr 2026
143
20:56 / 16 Noyabr 2026
112
20:54 / 16 Noyabr 2026
124
20:52 / 16 Noyabr 2026
159
20:46 / 16 Noyabr 2026
153
20:44 / 16 Noyabr 2026
708
20:34 / 16 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.