Qaynar xətt:

(+99450) 247 90 86

Maska daha neçə il taxılmalıdır?

Maska daha neçə il taxılmalıdır?

CƏMİYYƏT

575

20.08.2020, 20:13

Rusiyalı virusoloq Sergey Netesov insanların daha 2 il maska taxmaq taxmaq məcburiyyətində qalacağını bildirib.

Oxu24.com xəbər verir  ki, Novosibirsk Dövlət Universiteti Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri professor Sergey Netesov Sputnik-ə verdiyi açıqlamasında yeni növ koronavirusun (KOVİD-19) bir müddət sonra "90% ehtimalla" mövsümi bir xəstəliyə çevriləcəyini qeyd edib: "Virus təkamülü baxımından 8 ay yalnız bir an kimidir. Virus on illərlə, yüz illərlə inkişaf edəcək. Vaxtaşırı daha az təsirli olacaq və zəifləyəcək".

İnsanlar əllərini tez-tez yuyub maska taxarsa, digər mövsümi tənəffüs xəstəliklərinin, eləcə də koronavirusun ikinci dalğasının qarşısını ala biləcəyini qeyd edən mütəxəssis, belə davam edib: "Payız gəlir, təbii ki, günəşin ultrabənövşəyi şüası azalacaq. Bu da virusların daha fərqli səthlərdə və spreylərdə yaşayacağı deməkdir".