Şad xəbər: Quru sərhədlər açılır - Ekspert
19 May 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
567
20.08.2020, 19:36
Bu ilin avqust ayı son onilliklərdə müşahidə etdiyimiz avqustun qızmar və quraq havasından xeyli fərqlidir.
Əgər son dövrlərdə yüksək temperatur rekordları məhz avqust ayında yenilənirdisə, bu ilin avqustu mülayim keçir, temperatur norma daxilində tərəddüd edir, bəzi günlərdə isə hətta normadan bir qədər aşağı enir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bir çox rayonlarda və Abşeron yarımadasında avqust ayının 1-ci və 2-ci ongünlüyündə düşən yağıntının miqdarı ay ərzində düşən yağıntının miqdarından çoxdur: “Məsələn, Abşeron yarımadasında aylıq normadan iki dəfəyədək çox yağıntı düşüb, Sabirabadda düşən yağıntı aylıq normanın 183, Tərtərdə 168, Salyanda isə 141 faizini təşkil edib. Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün olurdusa, bu il yağmurlu günlərin sayı daha çox olub. Məsələn, Balakən-Şəki zonasında 12 gün, Mərkəsi-Aranda 8 gün, Qazax-Gəncə zonasında isə doqquz gün hava yağışlı olub. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür.
Xatırlatmaq istərdim ki, hələ yazda NASA və digər beynəlxalq iqlim mərkəzlərinin yaydığı məlumatlara istinadən bu ilin yay fəslində Azərbaycanda da rekord istilərin olacağı haqqında məlumatlar verilmişdi. O zaman bizim mütəxəssislər qeyd etdi ki, bu cür proqnozlar qlobal modellər əsasında hazırlandığına görə, onları birbaşa aksioma kimi ölkəmizə şamil etmək düzgün olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, dünya təcrübəsində ümumiyyətlə uzunmüddətli proqnozların özünü doğrultması yüksək olmur”.
U.Tağıyeva onu da bildirib ki, avqustun 21-i axşamdan 24-dək ölkə ərazisində hava yenidən qeyri sabit keçəcək: “Havanın temperaturu 8-10 dərəcə aşağı enərək Bakıda 21-26 dərəcəyə yaxın olacaq. Şimal küləyi güclənəcək, rayonlarda leysan xarakterli yağış yağacaq”.
21:58 / 19 May 2026
1
21:35 / 19 May 2026
37
21:20 / 19 May 2026
37
21:09 / 19 May 2026
43
20:47 / 19 May 2026
52
20:47 / 19 May 2026
41
20:42 / 19 May 2026
46
20:38 / 19 May 2026
43
20:34 / 19 May 2026
44
20:31 / 19 May 2026
37
20:27 / 19 May 2026
87
20:24 / 19 May 2026
143
20:23 / 19 May 2026
104
20:12 / 19 May 2026
61
19:51 / 19 May 2026
86
19:35 / 19 May 2026
69
19:22 / 19 May 2026
103
19:00 / 19 May 2026
142
18:58 / 19 May 2026
97
18:48 / 19 May 2026
125
18:29 / 19 May 2026
74
18:19 / 19 May 2026
114
18:01 / 19 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.