TƏCİLİ! Novxanıda məşhur hotel YANIR - VİDEO - FOTO
19 May 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
19.08.2020, 19:01
''Təklif edirəm ki, bu il abituriyentlərə güzəşt edilməlidir. Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır.''
Oxu24.com xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə pandemiya dövrünün psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib.
''Bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi pandemiya dövrünə təsadüf etdi. Mövcud vəziyyət abituriyentlər üçün çox çətin oldu. Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, tele dərslər, online dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi.
Hələ ki, 13-14 avqustda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Düzdür, test tapşırıqları 2019-cu ildə keçirilən imtahanlar ilə müqayisədə çətin deyildi, amma pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib.
Məlumdur ki, Dövlət İmtahan Mərkəzi hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Onlardan biri də abituriyentlərin blok - ixtisas qrupları üzrə imtahanlardan minimum ümumi 50 və ya 100 bal toplanması tələbidir. Təklif edirəm ki, bu il abituriyentlərə güzəşt edilməlidir. Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır. Yəni ikinci mərhələdə hətta abituriyent 10 bal toplasa belə, iki mərhələnin cəmində 150 dən çox balı varsa, o şəxslərə kömək etmək, şərait yaratmaq lazımdır ki, ixtisas seçimi edib ali təhsil ala bilsinlər.
Bu həm ali təhsil müəssisələrinin plan yerlərinin boş qalmamasına imkan verər, həm də xarici ölkələrdə təhsil almağa gedənlərin sayına təsir göstərər.''
19:51 / 19 May 2026
1
19:35 / 19 May 2026
32
19:22 / 19 May 2026
38
19:00 / 19 May 2026
79
18:58 / 19 May 2026
50
18:48 / 19 May 2026
59
18:29 / 19 May 2026
49
18:19 / 19 May 2026
66
18:01 / 19 May 2026
73
17:50 / 19 May 2026
58
17:30 / 19 May 2026
64
17:25 / 19 May 2026
74
17:05 / 19 May 2026
71
16:57 / 19 May 2026
75
16:44 / 19 May 2026
87
16:39 / 19 May 2026
129
16:38 / 19 May 2026
64
16:36 / 19 May 2026
70
16:35 / 19 May 2026
72
16:30 / 19 May 2026
212
16:21 / 19 May 2026
926
16:20 / 19 May 2026
70
16:18 / 19 May 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.