Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37843
az

Mənzil almaq istəyənlər tələssin - ŞƏRH

17:4019 Avqust, 2020
307
CƏMİYYƏT
  • A

Mövsümündən asılı olmayaraq mənzil problemi gündəmdən düşməyən məsələlərdən biridir. Mənzil tapanda qiymət münasib olmur, qiymət uyğun olanda da mənzilin yeri. Pandemiya ilə əlaqədar əmlak bazarında qiymətlərin sabitliyi bəzilərini qane etsə də, insanlar qiymətlərin daha da aşağı düşməsini gözləyir.

Bəs görəsən, aylardır əmlak bazarında alqı-satqıda müşahidə edilən durğunluq özünü necə göstərəcək? Pandemiyadan sonra əmlak bazarında qiymətlərdə sürətli artım yoxsa azalma gözlənilir?

Mövzu ilə əlaqədar Oxu24.com-a açıqlama verən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə bildirib ki, əmlak bazarında evlərin alqı-satqısı da istənilən səviyyədə deyil.

Onun sözlərinə görə, bu gün pandemiya ilə bağlı əhalinin bir hissəsi, eləcə də sahibkarlar gözləmə mövqeyinə üstünlük verir:

“Pandemiyanın nə qədər davam etməsi, sonrakı nəticələrinin necə olacağı müəmmalıdır. Bu bir az əhalini gözləmə mövqeyinə çəkir. Əvvəlki illərdə müşahidə edilən alqı-satqı dinamikasını görmək olmur. Temp çox aşağı düşüb, lakin qiymətlərdə ucuzlaşma yoxdur. Dünyada gedən proseslər daşınmaz əmlak bazarına istənilən halda təsir edir. Maraqlı məqam bu təsirin kimin xeyrinə və kimin ziyanına olacağıdır.

Bu gün sahibkarlar üçün hər gün ziyana hesablanır. Əmlak satışı ilə məşğul olan şəxslər də pandemiyanın bitməsini gözləyir. Tikintiyə başlayan şirkətlər belə başa düşür ki, gözləmə mövqeyi onlar üçün pul deməkdir. Çünki, bu müddət ərzində əhalinin müəyyən təbəqəsinin kirayə pulları ödənilir. Amma qiymətlərin hansı şəkildə dəyişiləcəyi onları da narahat edir.  

Bütün bu amillər pandemiyadan sonra daşınmaz əmlak bazarında qiymətlərin artmasına səbəb ola bilər. Odur ki, düşünürəm ki, mənzil almaq istəyən şəxslər mövcud vəziyyətdə qiymətlərin stabil olmasını dəyərləndirə bilər”.

Ramil Qasımzadə əvvəlki dövrlərlə müqayisədə bu mövsüm ölkədə kirayə bazarındakı vəziyyət barədə də danışıb. O bildirib ki, kirayə mənzillərdə qiymətlərin yüksək artımı gözlənilmir:

“Amma bu gün kirayə mənzillərin qiymətlərində ciddi azalmanın olduğunu da deyə bilmərik. Qiymətlərin daha çox stabil qalması gözə çarpır, bu da pandemiya ilə əlaqədar mənzil sahiblərinin müştəriləri əldə saxlamaq niyyəti ilə bağlıdır.

Bir və iki otaqlı mənzillərin qiymətlərinə baxsaq fərqləri görə bilərik.  Məsələn, pandemiyadan əvvəl köhnə tikili binalarda bir otaqlı mənzillərin kirayə qiymətini 250 manatdan, iki otaqlıların 300 manatdan, üçotaqlıların isə 500 manatdan aşağı tapmaq olmazdı. Lakin bu gün, həmin mənzilləri 230 manata, hətta 200 manata belə tapmaq olur. Bu gün köhnə tikili binalarda ikiotaqlı mənzillər 250 manatdan 400 manata qədər, üçotaqlı mənzillər 300 manatdan-550 manat və daha yuxarı qiymətlərlə kirayə verilir.

Yeni tikili binalarda isə qiymətlər bir qədər fərqli olur. Belə ki, 1 kv. metrinə görə dəyişir, və bir otaqlı mənzillərin kirayə qiymətləri 300 manatdan, ikiotaqlı mənzillər 400 manatdan, üçotaqlı mənzillər isə 500 manatdan başlayan qiymətlərlə dəyişir. Bütün bunlara baxmayaraq bazarda təklif çoxalıb və əlçatanlıq artıb. Əvvəlki dövrlərlə müqayisədə bu gün danışıq yolu ilə qiymətlərdə razılıq əldə etmək olur”.

“Təbii ki, mənzillərin qiyməti paytaxtın rayonlarına görə dəyişir. Bakının ən bahalı rayonu Nərimanov və Nəsimi rayonları hesab olunur. Bir qədər ucuz olan ərazilər isə paytaxtdan kənar istiqamətlərə düşür”, - deyə R.Qasımzadə qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR
Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM