Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə motosiklet kanala düşdü, sürücü öldü

İmişlidə motosiklet kanala düşdü, sürücü öldü

CƏMİYYƏT

366

18.08.2020, 22:06

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun sərnişini - Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Həmidxanov Qəqəni Miri oğlu Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA