Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37810
az

Qəlb ilə günahkarı necə islah etmək olur?

19:5718 Avqust, 2020
294
CƏMİYYƏT
  • A

Əmr-be-məruf və nəhy-əz-munkərin mərhələləri vardır ki, onlara riayət etmək lazımdır. Bu mərhələlər ilə tanış olaq:

1. Qəlb mərhələsi. Yəni, mömin, günah edən insanla elə rəftar etməlidir ki, o, başa düşməlidir ki, onu əmr-be-məruf edən insan qəlbən onun bu halı ilə razı deyil, kədərlənib, narahatdır. Bu mərhələdə əmr-be-məruf və nəhy-əz-munkərin yolu - günah edənin üzünə gülməmək, quru rəftar etmək, get-gəli kəsməkdir.

2. Dil mərhələsi. Əgər birinci mərtəhələ təsirsiz olarsa, insan dili ilə günah əhlini pis işindən çəkindirməlidir. Lakin bu zaman insanın söyüş söyməsi, yalan deməsi və təhqir etməsi caiz deyildir.

3. Əməl mərhələsi. O zaman ki, iki əvvəlki mərhələ təsir etməzsə, insan üçüncü mərhələdən istifadə etməlidir. Bu mərhələ - əməl mərhələsidir. Yəni, əməli ilə günahının qarşısını almağa çalışmalıdır.

Bu zaman mömin, insan ilə günah arasında fasilə yaratmalıdır. Bu zaman yüngül əməllərdən başlamaq lazımdır. Əgər yüngül əməllərin təsiri olmazsa, fəqihin icazəsi ilə daha sərt rəftar etməlidir ki, həmin günahından əl çəksin. (Beytutə)

Hər bir halda əmr-be-məruf və nəhy-əz-munkər - dinimizin vacibatıdır və onu hər kəs yerinə yetirməlidir. Bu əməli yerinə yetirməyin mərhələləri vardır ki, ən yüngülündən başlayaraq, ağırına doğru hərəkət edilməlidir.

Əgər birinci mərhələ təsir etməzsə, o zaman ikinci mərhələyə əməl olunmalıdır. Dinimiz üçüncü mərhələni çox bəyənməsə də, çarəsiz qalan zaman bu mərhələyə keçilməlidir. Çünki bəzi insanlar ancaq onlarla sərt rəftar olunan zaman özlərinə gəlir və əməllərinin qəbahətli olmasını anlayırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı
İsrail paytaxta HÜCUM ETDİ -Ölənlər var

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda müğənni bıçaqlandı