Nazirlik açıqlama yaydı
19 May 2026, 16:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
18.08.2020, 13:15
"Ölkəmizdə məktəblərin fəaliyyətə başlaması bütün hallarda olacaq. Bu açılmaya təsir edən başlıca amil pandemiya şəraitinin hansı səviyyədə olmasıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, əsas məsələ dərslərin hansı formada keçiriləcəyindən ibarət olacaq: "Ənənəvi formada dərslərin bütün təhsil sistemində keçirilməyəcəyi indidən aydın görünür. Çünki koronavirus pandemiyasına qədərki şəraitdə olan təhsillə, indiki arasında çox fərq olacaq. Biz üzə-üzə təhsilin daha az olacağını görəcəyik.
Dərslər müxtəlif formalarda keçirilə bilər. Hesab edirəm ki, bizim ölkəmizdə orta məktəblərdə dərslər şəraitə uyğun olaraq, koronavirus pandemiyasının səviyyəsinə müvafiq qarışıq formada, yəni həm üzbəüz, həm də virtual məktəb layihəsi formasında keçirilə bilər.
Valideynlərin məktəbə hazırlıq işlərini aparmasındakı əndişələrini də başa düşmək lazımdır. Qeyri-müəyyənlik onlara da təsir göstərir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində hər şey aydın olacaq. Bu gün böyük ticarət mərkəzləri işləməsə də, digər yerlər fəaliyyət göstərir. Bizim hər bir vətəndaşımız Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etməklə məktəbli övladları üçün bazarlığı edə bilər. Tibbi maska taxmalı, sosial məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidir.
Bu vəziyyətin aradan qaldırılması daha çox vətəndaşlarımızın davranışından asılıdır. Çünki dövlət və hökumət orqanlarımız özlərindən asılı olan hər şeyi indiyə qədər ediblər. Bundan sonra vətəndaşların məsuliyyətli davranışı tələb olunur".
17:05 / 19 May 2026
11
16:57 / 19 May 2026
22
16:44 / 19 May 2026
31
16:39 / 19 May 2026
58
16:38 / 19 May 2026
28
16:36 / 19 May 2026
34
16:35 / 19 May 2026
32
16:30 / 19 May 2026
89
16:21 / 19 May 2026
132
16:20 / 19 May 2026
38
16:18 / 19 May 2026
77
16:11 / 19 May 2026
73
16:07 / 19 May 2026
48
15:57 / 19 May 2026
391
15:52 / 19 May 2026
79
15:51 / 19 May 2026
40
15:44 / 19 May 2026
45
15:39 / 19 May 2026
189
15:36 / 19 May 2026
46
15:31 / 19 May 2026
51
15:26 / 19 May 2026
220
15:23 / 19 May 2026
54
15:20 / 19 May 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.