Prezident Fərman imzaladı: Nazirlər Kabineti 3 ay müddətində...
19 May 2026, 16:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
450
17.08.2020, 19:24
“Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər görünür yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz”.
Bunu Publika.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb: “Bu separatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb. Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə - Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması görünür bütün paşinyanları, arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hissləri o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib. Ancaq separatçılar və işğalçılar bilməlidirlər ki, yeni tarixi mərhələ başlayıb. Onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası və onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil və separatçı rejimi dəstəkləyən qorbaçovlar da artıq yoxdur.
Təəccüb və təəssüf doğuran isə odur ki, separatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk Qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər. Görünür, ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil. İşğal faktı qaldıqca müharibə riski də qalacaq.Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir”.
16:18 / 19 May 2026
1
16:11 / 19 May 2026
37
16:07 / 19 May 2026
20
15:57 / 19 May 2026
207
15:52 / 19 May 2026
52
15:51 / 19 May 2026
30
15:44 / 19 May 2026
31
15:39 / 19 May 2026
128
15:36 / 19 May 2026
38
15:31 / 19 May 2026
38
15:26 / 19 May 2026
145
15:23 / 19 May 2026
46
15:20 / 19 May 2026
176
15:14 / 19 May 2026
41
15:03 / 19 May 2026
52
15:00 / 19 May 2026
96
14:56 / 19 May 2026
45
14:49 / 19 May 2026
46
14:41 / 19 May 2026
56
14:39 / 19 May 2026
42
14:32 / 19 May 2026
70
14:26 / 19 May 2026
115
14:24 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.