Avropada dərman böhranı DƏRİNLƏŞİR: Azərbaycan üçün RİSKLƏRİ...
19 May 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
957
17.08.2020, 10:41
Son 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası iə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib.
Belə ki, avqustun 16-də 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?
Oxu24.com xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur:
“Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artımlar çoxalsa, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər.
Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydaları əməl etmək məcburiyyətindədirlər. Əgər əməl etməsələr belə problemlər artacaqdır.
Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq. Mütləq qoyulan məhdudiyyətlər artırılacaq.
Açılan sahələrində fəaliyyətinin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.
15:20 / 19 May 2026
1
15:14 / 19 May 2026
13
15:03 / 19 May 2026
29
15:00 / 19 May 2026
60
14:56 / 19 May 2026
25
14:49 / 19 May 2026
25
14:41 / 19 May 2026
41
14:39 / 19 May 2026
33
14:32 / 19 May 2026
52
14:26 / 19 May 2026
88
14:24 / 19 May 2026
39
14:20 / 19 May 2026
48
14:14 / 19 May 2026
124
14:12 / 19 May 2026
46
14:04 / 19 May 2026
94
14:01 / 19 May 2026
51
14:00 / 19 May 2026
45
13:40 / 19 May 2026
179
13:38 / 19 May 2026
77
13:36 / 19 May 2026
76
13:33 / 19 May 2026
55
13:31 / 19 May 2026
62
13:28 / 19 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.