Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37648
az

Rayonlara gediş-gəliş, “Binə”, “Sədərək”, eləcə də “mall”ların fəaliyyətinin bərpa olunur...

15:5616 Avqust, 2020
3524
CƏMİYYƏT
  • A
Azərbaycanda yaxın vaxtlarda sərtləşdirilmiş karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir. Oxu24.com Pravda.az-ın xəbərinə görə bildirir ki, karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında giriş-çıxışa qoyulan qadağanın götürüləcəyi bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu barədə müzakirələrin aparıldığını qeyd edib: “Rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Yekun qərarla bağlı məlumat vermək hələ tezdir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”. Görünən odur ki, yay fəslinin başa çatması ilə insanların rayonlara axını müşahidə edilməyəcək, ona görə də qadağanın götürülməsi yoluxma sayına ciddi təsir göstərməyəcək. Növbəti mərhələdə böyük ticarət mərkəzlərinin – “Binə”, “Sədərək”, eləcə də “mall”ların fəaliyyətinin bərpa ediləcəyi də gözlənilir. Qeyd: Sərtləşdirilmiş karantin rejimi avqustun 31-dək qüvvədədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda məşhur aktyorun avtomobilinin təkərlərini deşdilər -VİDEO
SON DƏQİQƏ!Siyavuş Hacıyev vəfat edib
Bu rayonda işıq kəsiləcək

Ruslar ən çox bu sosial şəbəkədən istifadə edir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qayda pozmaları həyatlarına son qoydu