Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
19 May 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
468
15.08.2020, 18:52
Karantin dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində işçi heyət və istehlakçılar tərəfindən xüsusi davranış qaydalarına əməl edilməlidir.
AQTA-dan verilən məlumata görə, koronavirus pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.
Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafə isə iki metrdən az olmamalıdır.
Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.
Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı təmin edilməlidir.
Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
“İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət edilməsi, o cümlədən, xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi tövsiyə olunur.
13:00 / 19 May 2026
69
12:51 / 19 May 2026
90
12:48 / 19 May 2026
26
12:44 / 19 May 2026
46
12:34 / 19 May 2026
25
12:23 / 19 May 2026
67
12:20 / 19 May 2026
32
12:18 / 19 May 2026
47
12:15 / 19 May 2026
50
12:13 / 19 May 2026
49
12:12 / 19 May 2026
45
12:08 / 19 May 2026
43
11:56 / 19 May 2026
83
11:55 / 19 May 2026
41
11:46 / 19 May 2026
60
11:42 / 19 May 2026
187
11:41 / 19 May 2026
48
11:30 / 19 May 2026
51
11:25 / 19 May 2026
45
11:21 / 19 May 2026
136
11:12 / 19 May 2026
1128
11:11 / 19 May 2026
54
11:08 / 19 May 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.