Xankəndiyə qatarla nə vaxt getmək mümkün olacaq?
19 May 2026, 12:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
588
15.08.2020, 11:59
Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a bildirilib ki, avqustun 15-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 mm (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 mm (aylıq normanın 32 faizi), Zaqatalada 36 mm (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 mm (aylıq normanın 36 faizi), Qrızda 22 mm (aylıq normanın 41 faizi), Oğuzda 17 mm (aylıq normanın 30 faizi), Qubada 14 mm (aylıq normanın 42 faizi), İsmayıllıda 10 mm, Xaltanda 9 mm, Qusarda 8 mm, Qəbələdə 7 mm, Şamaxıda 6 mm, Gədəbəydə 5 mm, Göyçay, Altıağacda 4 mm, Mərəzədə 3 mm, Astara, Daşkəsən, Şahbuz, Ordubadda 2 mm, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda 1 mm olub.
Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.
Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Çilov adasında 21 m/s, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Binə, Qum adasında 18 m/s, Bakı, Maştağada 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29 dərəcəyədək, aran rayonlarında 28-32, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 30-33 dərəcə isti olub.
Həmçinin oxuyun
12:08 / 19 May 2026
1
11:56 / 19 May 2026
58
11:55 / 19 May 2026
24
11:46 / 19 May 2026
35
11:42 / 19 May 2026
98
11:41 / 19 May 2026
33
11:30 / 19 May 2026
31
11:25 / 19 May 2026
30
11:21 / 19 May 2026
75
11:12 / 19 May 2026
1028
11:11 / 19 May 2026
43
11:08 / 19 May 2026
41
11:01 / 19 May 2026
35
10:58 / 19 May 2026
36
10:51 / 19 May 2026
63
10:48 / 19 May 2026
48
10:41 / 19 May 2026
45
10:40 / 19 May 2026
46
10:37 / 19 May 2026
142
10:30 / 19 May 2026
135
10:26 / 19 May 2026
55
10:25 / 19 May 2026
52
10:23 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.