Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
13.08.2020, 18:43
Son zamanlar xəyanətə görə boşanan ailələrin sayı artmaqdadır. Bunu məşhurlar arasında da müşahidə etmək olur.
Bəs buna səbəb nədir? İnsanlar ailə qurarkən harda səhv edirlər?
Moderator.az-ın sualını psixoloqlar cavablandırdı:
Psixoloq Vəfa Əkbər deyir ki, insanların ailə qurmağa tələsməməsi çox vacibdir:
“Əslində insanların ailə dəyər sistemlərini birinci növbədə anlaması üçün ailə qurmağa tələsməməsi çox vacibdir. Ailə quraraq ailə dəyər sistemlərini formalaşdırmaq olmur. Hər bir insanın, gəncin özünün beynində və ailəsindən gəldiyi bir ailə modeli var. İki gənc tanış olanda əgər gözləntilərini müzakirə edib, açıq şəkildə deyirlərsə, bu sağlam ailələrə gətirib çıxarır. Bəzi gənclər isə eybi yoxdur, mən onun ailə modelini daha çox bəyəndim və öz modelimi sındırıb onun ailə modelini formalaşdıra bilərəm düşüncəsiylə ailə həyatı qurur. Və ya bunun əksi olur, düşünür ki, mənim ailə modelim daha gözəldir və qarşımdakının ailə modelini sındıracam və o mənim ailə modeli obrazıma gəlib çıxacaq. Belə səmimi olmayan evliliklər qurulan ailələrin nəticəsi bir müddət sonra dava-dalaşa, münaqişələrə gətirib çıxarır ki, orda da dəyər sistemlərinə toxunduqları üçün həmin ailələr çox dözülməz hala gəlir. İnsanlar bir-birilərinin dəyərlərinə toxunarlarsa, ayrılmaq üçün illər çəkmir. İndi biz daha çox boşanan ailələrdə sırf bunu görürük”.
Psixoloq Zeynəb Əyyubova isə Azərbaycanda xəyanətə görə boşanan ailələrin üstünlük təşkil etdiyini və bunun bir neçə səbəbi olduğunu bildirdi:
“Bu gün Azərbaycanda ailələrdə xəyanət dəb halını alıb. Artıq xəyanət etməyən ailələr təxminən 6 faizdir. Bunun müxtəlif səbəbləri olur. Amma bütün bunların heç biri xəyanətə bəraət qazandırmır. Qaldı ki, məşhurlar arasında boşanmalardan danışsaq, bunu bir çox dünya ulduzlarında da görürük. Onların bəzən aldığı ayrılıq qərarları reklam xarakterli olur. Onlar boşandıqlarını mediaya açıqlasalar da, bir neçə ay sonra məlum olur ki, barışıblar və bütün bunların sadəcə reytinq üçün edildiyini psixoloqlar düşünür. Bu gün Azərbaycanda xəyanətə görə boşanan kifayət qədər ailələr müşahidə edirik. Amma bunların heç biri xəyanətə görə yox, onun alt qatında olan bəzi problemlər var ki, onlar sadəcə xəyanətlə üzə çıxır. Müəyyən çatışmazlıqlar, maddi, mənəvi uzlaşmama sonda xəyanətə gətirib çıxarır.
Bunun da müqabilində artıq boşanmalar baş tutur. Bəzi boşanmaların alt qatında qısqanclıq dayanır. Məsələn, bir xanım müğənni və ya aktrisadırsa, əlbəttə, onunla ailə quran kişi bilməlidir ki, onu sevənlər, fanatlar, onunla münasibət qurmaq istəyənlər olacaq. Eyni zamanda, bir kişi modeldirsə və ya müğənnidirsə, onu da sevənlər olacaq. Əslində bütün ailə psixoloqları nişanlılıq dövrünə həyatın fraqmanı deyir. Necə ki, bir serialın bir fraqmanı olur. Elə onlar da bilirdi ki, kiminlə ailə qurur. Demək ki, ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir”.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.