Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
640
12.08.2020, 23:27
Namaz - dinimizin sütunudur və hər kim onu inkar edər, dindən xaric olar. Hər kim namazı inkar edərsə, əslində Həzrət Peyğəmbərin (s) risalətini və Quranı inkar etmiş olar. Hər kim namazı bilərəkdən tərk edərsə, kəbirə günaha düçar olmuş olar. Bu insan fasiqdir, ancaq kafir deyildir.
Namazın həm zahiri və həm də batini tərəfləri vardır. Əgər hər ikisi olmazsa, namaz kamil olmaz. O qədər namazqılan insanlar vardır ki, sadəcə zahirdə onu yerinə yetirirlər, əslində isə batinindən xəbərsizdirlər. (Erfan)
Namaz - Allahla söhbət etmək deməkdir. Danışmaq isə batinində olanları aşkar etmək deməkdir. Ona görə də əgər insanın namazın batininə diqqəti olmazsa, Allahla söhbəti mənasız olar. Necə ki, Quran buyurur: "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).
"Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar". ("Maun" 4-5).
İnsan həyatında nəyi sevirsə, daha çox yada salır. Ona görə də əgər insan namazda Allaha diqqət etmək istəyirsə, gərək bunu bütün günü etsin. Yəni, bütün günü Allahı yada salsın ki, namazda da Ondan qafil olmasın.
İnsan hər qıldığı namazı sonuncu namazı kimi qılsın. Bütün diqqəti Allahda olsun və təsəvvür etsin ki, ölüm mələyi onu gözləyir və bu, onun sonuncu namazıdır.
İnsan bəzən namazda dediyi sözlərin düzlüyünə diqqət edir, ancaq mənasına diqqət etmir. Ancaq əslində isə məna daha mühümdür.
Bu deyilənləri nəzərə alaraq, deyə bilərik ki, namazqılanları üç dəstəyə bölmək olar:
1. O insanlar ki, namazda tamamilə qafildirlər.
2. O insanlar ki, namazın bəzi yerlərində Allaha diqqət edərlər və bəzi zamanlarda isə qafildirlər.
3. O insanlar ki, bütün diqqətləri Allahda olar. Necə ki, İmam Əlinin (ə) namaz qılan zaman ayağından oxu çıxartmışdılar.
Qəlb hüzuruna mane olan amillər.
1. Zahiri amillər
2. Batini amillər.
Zahiri amillər odur ki, ətrafında olanlar onun diqqətini dağıdar. Misal üçün, bir səs eşidər və ya nəyisə görər ki, diqqətini cəlb edər.
Batini amillər dedikdə isə namaz qılan zaman insanın sorağına gələn fikirlər və xəyallar nəzərdə tutulur. Ola bilsin ki, insan namazda yaxşı işlər haqqında düşünsün. Ancaq bu yaxşı fikir onu Allahdan ayırar və diqqətini dağıdar.
Beləliklə deyə bilərik ki, insan bu dünyada nəyi sevirsə, ona daha çox diqqət edir. Əgər dünyanı sevirsə, namazında da dünya sevgisi onu qəlb hüzurundan uzaqlaşdırar. Əgər Allahı daha çox sevirsə, qafil olmasına mane olar. Ona görə də bəzən namazqılanların hamısı həqiqi namazqılan deyildirlər. Onlar sadəcə zahirdə namazı yerinə yetirirlər, batinindən xəbərsizdirlər. Halbuki, namaz əgər həm batin və həm də zahir ilə birləşərsə, o zaman tam olar və kamil olar. Əks halda naqis qalar.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.