SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
10.08.2020, 19:10
Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.
Oxu24.com bildirir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.
Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.
Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?
Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: "Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə "Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:
"Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.
Xatırladılıb ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.
Məlumat üçün bildirilir ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.