Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
10.08.2020, 16:30
"Uşaq pulu verilməlidir”.
Sfera.az-a açıqlamasında bu sözləri REAL TV-nin rəhbəri Mirşahin Ağayevin deputatları tənqid edərək, indiki şəraitdə onlardan bəzilərinin uşaq pulu məsələsini qaldırması əleyhinə çıxmasına münasibət bildirərkən Milli Məclisin deputatı Aqil Abbas deyib:
"Onun nə dedikləri barədə dəqiq məlumatım yoxdur. Ona görə də bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi geriləmə var. Əksər yerlər bağlanıb, işsizlik artıb, insanlar işləyə bilmir. Biz də deputat olaraq çalışırıq ki, bu fonda iqtisadiyyatımızı necə qaldıraq, pandemiyadan necə qurtaraq. Bunu hamı bilir. Amma bununla belə, fikrimcə, uşaq pulu da verilməlidir.
"Deputat öz seçicilərinin fikrini deyir”
Bunu isə sayta açıqlamasında deputat Elman Məmmədov deyib:
"Bu məsələdə hər kəsin, deputatın, digər insanların, vəzifəli və vəzifəsi olmayanın özünəməxsus fikirləri var. Heç kimi söylədiyi fikrə görə qınamaq olmaz. Hər kəs öz bildiyi kimi fikirləşir. Uşaq pulunun verilməsi məsələsinin qaldırılmasında qəbahətli bir şey görmürəm. Təbii ki, deputatlar da bu fikirləri özündən ortaya ataraq demir. Deputat deyirsə ki, çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi məqsədəuyğundur, deməli millət vəkili seçicilərinin fikrini söyləyir. Yəni, deputata seçiciləri tərəfindən həmin istiqamətdə təkliflər olunub”.
"Uşaq pulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilsin”.
Bu fikirləri söyləyən deputat Fazil Mustafa isə ümumən REAL TV rəhbərinin açıqlamaları ilə razıdır:
"Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.