Bu tarixdə qısa iş günü olacaq
18 May 2026, 20:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
473
09.08.2020, 21:59
"Nəhcul-bəlağə"də qadınlarla bağlı mövzulara rast gəlirik ki, onu bilmək hər bir qadın üçün faydalıdır. Bu xütbələrdə qadınların vəzifələrinə, ictimai və ailə münasibətlərinə işarə edilir. Qeyrət, iffət, həya, həyat yoldaşına sadiq olmaq bu xitbələrdə bəyan olunan vəzifələrdən biridir. İmam Əli (ə) qadının cihadını belə izah edir: "Qadının cihadı - əri ilə xoş rəftar etməsidir".
Bu mübarək kitabda İmam (ə) üstün qadınların üç sifətini bizlərə tanıtmışdır. Belə ki, İmam Əli (ə) buyurur: "Qadınların ən üstün sifətləri - kişilərin ən pis sifətləridir: təkəbbür, simiclik, qorxu. Nə zaman qadın təkəbbürə malik olsa, ərindən başqa heç kəsin qarşısında boyun əyməz. Simic olarsa, özünün və ərinin malını qoruyar. Qorxaq olarsa, ona tərəf üz çevirən hər şeydən uzaq olar".
1. Təkəbbür. Qadın əgər təkəbbürlü olarsa, naməhrəmlər ona yaxınlaşa bilməz və nəticədə qadın vüqara, mətanətə və qadın ağırlığına malik olar. İmam Əli (ə) qadının ictimai həyatda bu sifətinin təsiri barəsində buyurur: "Nə zaman qadın təkəbbürlü olarsa, özünü (naməhrəmin) ixtiyarına qoymaz".
2. Simiclik. Bu sifət ailə iqtisadiyyatının düzgün idarə edilməsində qadına yardım edər və onu israfdan uzaqlaşdırar. İmam Əli (ə) bu haqda buyurur: "(Qadın) Nə zaman simic olsa, özünün və ərini malını qoruyar".
3. Qorxu. Qorxu deyilikdə burada hər bir qorxu nəzərdə tutulmur, qadının onu təhlükə altına sala bilən mühitlərə qarşı qorxusundan bəhs edir. Əgər qadın qarşı cinslə öz rabitələrində qorxuya malik olarsa, heç bir zaman şeytanın (lən) tələsinə düşməz.
21:25 / 18 May 2026
29
21:10 / 18 May 2026
38
21:08 / 18 May 2026
32
20:55 / 18 May 2026
37
20:50 / 18 May 2026
40
20:45 / 18 May 2026
39
20:31 / 18 May 2026
215
20:20 / 18 May 2026
49
20:10 / 18 May 2026
65
20:05 / 18 May 2026
55
19:59 / 18 May 2026
58
19:54 / 18 May 2026
72
19:43 / 18 May 2026
126
19:41 / 18 May 2026
80
19:39 / 18 May 2026
62
19:21 / 18 May 2026
329
19:18 / 18 May 2026
69
19:15 / 18 May 2026
88
19:12 / 18 May 2026
219
19:05 / 18 May 2026
610
18:59 / 18 May 2026
348
18:55 / 18 May 2026
89
18:12 / 18 May 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.