Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
09.08.2020, 19:24
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim səma əhli yanında ən sevimli yer əhlinə nəzər salmaq istəsə, Hüseynə (ə) baxsın".
Nəql edirlər ki, Əmr ibni As Kəbənin kölgəsində əyləşmişdi ki, görür Hüseyn ibni Əli (ə) gəlir. Deyir: "Bu şəxs bu ruzigarda səma əhlinin ən sevimli yer əhlidir".
İsmayil ibni Rəca atasından nəql edir ki, deyib: "Peyğəmbərin (s) məscidində insanların halqasında idim ki, Əbu Səyid Xudri və Abdullah ibni Əmri gördüm. Hüseyn ibni Əli (ə) bizim yanımızdan keçdi və salam verdi. Onlar da salamının cavabını verdilər. Abdullah o Həzrət (ə) ayrılınacan sakit durdu və sonra yüksək səslə dedi: "Sənə də Allahın salamı, rəhmət və bərəkəti olsun!".
Sonra üzünü insanlara çevirib dedi: "Sizə səma əhli yanında ən sevimli olan yer əhlindən xəbər verimmi?".
Dedilər ki, bəli.
Dedi: "O kəsdir ki, buradan keçdi. Siffeynin gecələrindən bəri mənimlə söhbət etməmişdir. Əgər o, məndən razı olarsa, qırmızı tüklü dəvəyə malik olmaqdan daha çox sevinərəm".
Əbu Səyid deyir: "Ondan üzr istəmək istəmirsən?".
Deyir: "Əlbəttə ki, istəyirəm".
Onlar qərara alırlar ki, səhər İmamın (ə) sorağına getsinlər. Səhər mən də o ikisi ilə birlikdə İmamın (ə) yanına getdim. Girmək üçün icazə istədik və İmam (ə) icazə verdi.
Abdullah içəri girən kimi, Səyid dedi: "Ey Allah Peyğəmbərinin (s) övladı! O zaman ki, sən dünən bizim yanımızdan keçdin...". Sonra Abdullahın macərasını ona danışdı.
İmam (ə) buyurdu: "Ey Abdullah! Bilirsən ki, mən səma əhlinin ən sevimlisiyəm?".
Abdullah dedi: "Kəbənin Allahına and olsun ki, bəli".
İmam (ə) buyurdu: "Bəs hansı şey səni mənimlə və atamla Siffeyndə vuruşmağa vadar etmişdi?! Allaha and olsun ki, atam məndən daha yaxşı idi".
Abdullah dedi: "Bəli, elədir...".
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.