Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
391
07.08.2020, 19:43
COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində Azərbaycan Beynəlxalq Bankı da yaxından iştirak edir.
AZXEBER.COM xəbər verir ki, Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir.
Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir.
Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır.
Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.
Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib. Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.