Benzinlə bağlı SON DƏQİQƏ - QİYMƏT...
18 May 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
425
06.08.2020, 18:59
"Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martın 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib”.
APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, valyuta məzənnəsi tam sabitdir: "Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub”.
15:18 / 18 May 2026
7
15:09 / 18 May 2026
14
14:59 / 18 May 2026
37
14:50 / 18 May 2026
50
14:42 / 18 May 2026
62
14:37 / 18 May 2026
57
14:31 / 18 May 2026
61
14:21 / 18 May 2026
59
14:09 / 18 May 2026
80
13:59 / 18 May 2026
73
13:49 / 18 May 2026
70
13:40 / 18 May 2026
66
12:59 / 18 May 2026
98
12:59 / 18 May 2026
90
12:46 / 18 May 2026
101
12:39 / 18 May 2026
77
12:34 / 18 May 2026
163
12:26 / 18 May 2026
78
12:21 / 18 May 2026
88
12:04 / 18 May 2026
98
11:55 / 18 May 2026
84
11:51 / 18 May 2026
91
11:48 / 18 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.