Sabah Azərbaycanda hava necə olacaq?
18 May 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
411
06.08.2020, 18:00
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Goranboy rayon prokurorluğundan Milli.Az-a bildirilib ki, Goranboy rayon prokurorluğuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Nazirlər Kabinetinin Qərarına zidd olaraq xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.
04 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilmişdir.
14:09 / 18 May 2026
22
13:59 / 18 May 2026
35
13:49 / 18 May 2026
44
13:40 / 18 May 2026
45
12:59 / 18 May 2026
76
12:59 / 18 May 2026
72
12:46 / 18 May 2026
76
12:39 / 18 May 2026
61
12:34 / 18 May 2026
115
12:26 / 18 May 2026
71
12:21 / 18 May 2026
76
12:04 / 18 May 2026
87
11:55 / 18 May 2026
78
11:51 / 18 May 2026
79
11:48 / 18 May 2026
75
11:48 / 18 May 2026
87
11:45 / 18 May 2026
84
11:37 / 18 May 2026
74
11:32 / 18 May 2026
89
11:24 / 18 May 2026
60
11:22 / 18 May 2026
82
11:20 / 18 May 2026
72
11:07 / 18 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.