Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
05.08.2020, 22:10
1. Dünya - imtahan yeridir. "Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir". ("Taha" 131).
2. Dünya - kiçik mənfəət yeridir. "Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir". ("Nisa" 77).
3. Dünya - oyun-oyuncaqdır. "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!". ("Ənkəbut" 64).
4. Dünya insanı aldadır. "(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: "Kim bizdən daha güclüdür?"". ("Fussilət" 15).
Əgər dünyanın bu xüsusiyyətlərinə baxıb, təfəkkür etsək görərik ki, həqiqətən də bu dünyaya gələn elə bir insan yoxdur ki, ölümü dadmasın.
Ölüm bütün dünya istək və arzularına son qoyan amildir. İnsan əgər ölüm həqiqətini qəbul etsə və dünyanın bu dörd xüsusiyyəti barəsində düşünsə görər ki, insan üçün ən mənfəətli dünya axirətdir. Çünki insan dünya üçün deyil, axirət üçün yaranmışdır. Ona görə də Məsumlarımızın (ə) buyurduğu kimi, insan özünü behiştdən azına satmamalıdır. Çünki, Allah Təala onu məhz behişt üçün yaratmışdır. Öz dəyərini bilən insan dünyaya bağlanmaz və özünü axirət dünyası üçün hazırlayar.
İmam Baqir (ə) buyurur: "Hər kim dünyanı bu üç haldan biri üçün istəyərsə, Qiyamət günü elə simada məhşur olacaq və Allah Təala ilə görüşə nail olacaqdır ki, üzü on dörd günlük ay kimi nurani olacaqdır:
1. İnsanlardan ehtiyacsız olmaq.
2. Ailənin rifahı.
3. Qonşusuna kömək etmək və əl tutmaq".
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.