Bakıxanov qəsəbəsində sexdə yanğın olub
18 May 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
507
05.08.2020, 21:10
Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub.
Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb:
"Kənd sakini bu barədə bildirib. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində doqquz qəbir üzə çıxıb.
Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir".
F.Hüseynli qeyd edib ki, ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub:
"Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi. Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək".
F.Hüseynli vurğulayıb ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.




12:59 / 18 May 2026
36
12:59 / 18 May 2026
32
12:46 / 18 May 2026
35
12:39 / 18 May 2026
29
12:34 / 18 May 2026
63
12:26 / 18 May 2026
56
12:21 / 18 May 2026
57
12:04 / 18 May 2026
68
11:55 / 18 May 2026
71
11:51 / 18 May 2026
71
11:48 / 18 May 2026
62
11:48 / 18 May 2026
74
11:45 / 18 May 2026
69
11:37 / 18 May 2026
61
11:32 / 18 May 2026
74
11:24 / 18 May 2026
54
11:22 / 18 May 2026
75
11:20 / 18 May 2026
67
11:07 / 18 May 2026
63
11:05 / 18 May 2026
74
11:02 / 18 May 2026
89
10:58 / 18 May 2026
81
10:53 / 18 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.