Tut yarpağı bir çox xəstəliklərin müalicəsində istifadə edilən effektiv vasitədir.
Oxu24.com xəbər verir ki, tut yarpağının bütün faydalarından səmərəli şəkildə istifadə etmək üçün onun çayını dəmləmək, yaxud təpitmə üsulu ilə istifadə etmək olar.
Qızdırma əleyhinə təsiri var
Tut yarpaqlarından hazırlanan çay temperaturu aşağı salır.
Sidikqovucudur
Tut yarpağı çayı sidikqovucu təsiri sayəsində bədəndəki şişi (ödəm) azaldır.
Qanda şəkərin səviyyəsini tarazlaşdırır
Tut yarpağının çayı qanda şəkər səviyyəsini tarazlaşdırmağa kömək edir.
Ürəyi qoruyur
Tut yarpağı ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bunun üçün tut yarpaqlarını, yemişan çiçəkləri ilə birlikdə qaynadıb suyunu içmək lazımdır.
Soyuqdəymə, boğaz ağrısı
Boğaz ağrısı və bronxitin müalicəsi üçün səhər və axşam yeməyindən əvvəl ac qarına tut yarpağı içmək təklif edilir.
Qara ciyərə faydalıdır
Tut yarpağı qaraciyər hüceyrələrini təmizləyir.
Ekzema xəstəliyi
Tut yarpağı uzun illərdir ki, ekzema xəstəliyinin müalicəsində istifadə olunur və effektli nəticələr əldə edilir.
Antioksidant qaynağıdır
Tut yarpağı bədəndəki sərbəst radikalların inkişafına mane olur. Beləliklə də tərkibindəki antioksidantlar dərinin qocalma prosesini ləngidir.
Ağrıkəsici
Tut yarpağı çayı ağrıkəsici təsiri ilə də tanınır.
Tut yarpağının çayı necə hazırlanır?
Ərzaqlar:
- 4 ədəd qurudulmuş tut yarpağı
- yarım litr su
Hazırlanması:
Qaynayan suyun içərisinə 4 ədəd qurudulmuş tut yarpaqlarını əlavə edin. Təxminən 2 saat ərzində dəmlənməsini gözləyin. Hazır olan tut yarpağı çayını gündə iki stəkan için. Tut yarpağı çayını yeməklərdən əvvəl içmək daha faydalıdır.
Oxu24.com
ŞƏRHLƏR