Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36938
az

"Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq" - Yuxarı siniflərdə isə...

18:1005 Avqust, 2020
282
CƏMİYYƏT
  • A

Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb:

"Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq".

BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:

"Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik".

E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakıda 5 otaqlı ev yandı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var