Azərbaycanın Ermənistana son 4 ayın ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
18 May 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1053
04.08.2020, 20:34
Mən bəzi insanları başa düşə bilmirəm. O, insanları ki, aylardır dillərindən, statuslarından dəniz sözü düşmürdü. Bir çoxları xarici ölkələrdən nümunə gətirir və nəyə görə orada çimərliklərin açıldığını, Azərbaycanda isə buna icazə verilmədiyini irad tuturdular.
“ASAN xidmət”də vətəndaşlarımızı düşünərək, beynəlxalq təcrübə əsasında epidemiya şəraitində çimərliklərdən istifadə üzrə müəyyən qaydalar hazırlayıb Operativ Qərəgaha təqdim etdi. Hökumət tərəfindən təsdiq olunmuş bu təlimat əsasında artıq vətəndaşların istifadəsi üçün Xəzər sahilində 120 xüsusi çimərik zonası yaradılıb.
Onların hamısı məlumatlandırıcı lövhələr, dezinfeksiya qurğuları, sanitar qovşaqlar və s. avadanlıqlarla təmin olunublar. Prosesə 1000 –dən çox ASAN xidmət könüllüsü də cəlb olunub.
Göründüyü kimi vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı və rahatlığı üçün müvafiq dövlət qurumları olduqca böyük işlər görüb. Bunları başa düşmək, qiymətləndirmək əvəzinə, indi də həmin adamlar lağ edirlər ki, çimərlikləri neyləyirik, gərək rayonlara gediş-gəliş açılaydı. Görəsən, bu binəvalar rayonların yolu açılsaydı ona nə deyəcəkdilər?
Qeybətsevərlər yəqin ki, onda da söz tapardılar. Hökumət yumşalma tədbirlərinə getsə də, virus hələ məhv olmayıb.
Yoluxmaların, ölüm hallarının azalması biavasitə dövlətimizin gördüyü tədbirlərin, o, cümlədən tətbiq olunan karantinin nəticəsidir. Gecə-gündüz bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin, Birinci Vitse – Prezident Mehriban xanım Əliyevanın fədəkar fəaliyyəti nəticəsində ölkəmizdə Covid-19-dan ölüm halları dünyada ən aşağı səviyyədədir. Əlbətdə ki, burada ağır zəhmət çəkən həkimlərimizin, tibb işçilərimizin, polislərimizin zəhmətini də qeyd etmək lazımdır.
Gəlin, mənasız söhbətlərlərlə, yersiz iradlarla görülən böyük işlərə kölgə salmayaq. Hamılıqla tətbiq edilən qaydalara tabe olsaq, tövsiyyə edilən bütün tibbi- epidemioloji normalara əməl etsək, bu bəladan xilas olmuş olarıq. Dünya mətbuatının verdiyi məlumata görə, koronavirusa qarşı vaksin demək olar ki hazırdır, onun istifadəsinə saylı aylar qalır. Deməli, bir az da dözməliyik. Təhlükəli bəlaya qalib gəlmək üçün hamımız dövlətimizlə həmrəylik nümayiş etdirməliyik.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri – Gülayə Səfərova
11:07 / 18 May 2026
10
11:05 / 18 May 2026
13
11:02 / 18 May 2026
14
10:58 / 18 May 2026
18
10:53 / 18 May 2026
18
10:30 / 18 May 2026
107
10:27 / 18 May 2026
75
10:21 / 18 May 2026
45
10:14 / 18 May 2026
71
10:10 / 18 May 2026
46
10:10 / 18 May 2026
56
10:08 / 18 May 2026
46
09:55 / 18 May 2026
55
09:45 / 18 May 2026
49
09:31 / 18 May 2026
50
09:21 / 18 May 2026
60
09:15 / 18 May 2026
50
08:55 / 18 May 2026
69
08:44 / 18 May 2026
111
08:28 / 18 May 2026
60
07:53 / 18 May 2026
80
02:40 / 18 May 2026
99
02:18 / 18 May 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.