Azərbaycanın Ermənistana son 4 ayın ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
18 May 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
370
04.08.2020, 19:30
"190 manatla bağlı bizə olan çoxlu müraciət daxil olur. Vətəndaşların bununla bağlı şikayətləri var".
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Elnur Allahverdiyev deyib.
O bildirib ki, kimin 190 manata həqiqətən ehtiyacı olub-olmadığını araşdırmaq elə çətin məsələ deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu: "Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı. Mexanizm belədir ki, "Məşğulluq haqqında" qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq. Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır. Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir".
O, bloklanmış kartlarının sayı ilə bağlı rəqəm açıqlamaq istəməyib, bildirib ki, 1-ci və 2-ci ay gəlib kartlarını götürməyən şəxslərin kartı bloklanıb və o kartlara ödəniş edilməyib.
11:07 / 18 May 2026
10
11:05 / 18 May 2026
13
11:02 / 18 May 2026
14
10:58 / 18 May 2026
18
10:53 / 18 May 2026
18
10:30 / 18 May 2026
107
10:27 / 18 May 2026
75
10:21 / 18 May 2026
45
10:14 / 18 May 2026
71
10:10 / 18 May 2026
46
10:10 / 18 May 2026
56
10:08 / 18 May 2026
46
09:55 / 18 May 2026
55
09:45 / 18 May 2026
49
09:31 / 18 May 2026
50
09:21 / 18 May 2026
60
09:15 / 18 May 2026
50
08:55 / 18 May 2026
69
08:44 / 18 May 2026
111
08:28 / 18 May 2026
60
07:53 / 18 May 2026
80
02:40 / 18 May 2026
99
02:18 / 18 May 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.