Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

CƏMİYYƏT

550

02.08.2020, 18:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın Berlin şəhərində Zelendorf məhəlləsində tülkünün 100-dən çox ayaqqabını oğurladığı məlum olub.
"Tagesspiegel” qəzeti məlumat verir ki, məhəllə sakinlərinin qapının çölündə qoyduqları ayaqqablar yoxa çıxıb.

Bir müddət sonra Kristian Meyer adlı sakin bir tülkünün ayaqqabı götürüb qaçdığını görüb.
O, tülkünün izi ilə gedərək bir ərazidə çox sayda müxtəlif rəngli ayaqqabıları tapıb.
Onun sosial şəbəkədə bu barədə yerləşdirdiyi məlumatın köməyi ilə bəzi şəxslər ayaqqabılarını geri qaytara biliblər.