Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
579
01.08.2020, 20:39
Salavatın dünya savabları olduğu kimi, axirət savabları da boldur. Dünya savablarına şəfa tapmağı, ruzinin bol olmasını, unudulmuş şeylərin yadına düşməsini, məclis əhlinin paklanmasını misal göstərmək olar. Bundan başqa salavat nifaqı aradan aparar, hacətin yerinə yetməsinə səbəb olar və Allahı bəndədən razı salar, əməlləri pak edər. (İslami saytlara istinadən)
Salavatın axirət savabları:
1. Həzrət Peyğəmbərə (s) yaxın olmaq və şəfaətinə nail olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənə salavat göndərər, mənim şəfaətim ona çatar".
Rəsuli-Əkrəm (s) yenə buyurur: "Qiyamət günü mənə ən yaxın insanlar harada olursa-olsun o kəslərdir ki, dünyada olan zaman mənə çoxlu salavat göndərərlər".
2. Günahların kəffarəsi olar. Salavat insanı qəbir əzabından və atəşdən xilas edə bilər. İmam Rza (ə) buyurur: "Hər kim yaxşı işləri ilə günahlarını örtə bilmir, gərək Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərsin ki, salavat günahları məhv edər".
Həzrət (ə) yenə buyurur: "Mənə salavat göndərmək - Siratda nurdur, hər kim Siratda nur olar, cəhənnəm əhlindən olmaz".
İmam Rzadan (ə) nəql edirlər: "Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbirdə və behiştdə nurdur".
3. Əməl tərəzisində yaxşı əməllər ağır olar. Ənəs ibni Malik nəql edir: "Peyğəmbərin (s) xidmətinə daxil oldum və onu o gündən daha şad və sevincli görməmişdim. Səbəbini soruşdum, buyurdu: "Necə şad olmayım ki, Cəbrayil (ə) hal-hazırda mənim yanımdan çıxıb getdi və dedi ki, Allah buyurub: "Hər kim bir dəfə sənə salavat göndərər, ona on salavat göndərərəm. On (günahını) məhv edərəm və ona on həsənə yazaram"".
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü əməl tərəzisinə qoyulan ən ağır şey - Peyğəmbərə (s) və Əhli-beytinə (ə) göndərilən salavatdır".
Salavatdan aldığımız nəsihətlər:
- Salavat - Allah tərəfindən insana ən böyük hədiyyədir.
- Salavat - behişt hədiyyəsidir.
- Salavat - ruha cila verər.
- Salavat - ətirdir ki, insanın ağzını ətirli edər.
- Salavat - behiştdə olan nurdur.
- Salavat - Siratda olan nurdur.
- Salavat - insanın şəfaətçisidir.
- Salavat - İlahi zikrdir.
- Salavat - duanın kamala və yerinə yetməsinə səbəb olar.
- Salamat - namazın kamala çatmasına səbəb olar.
- Salavat - Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.
- Salavat - cəhənnəm atəşi qarşısında qalxandır.
- Salavat - insanı hər üç aləmdə sığorta edər.
- Salavat - ən sevimli əməldir.
- Salavat - namazın zinətidir.
- Salavat cəhənnəm atəşini söndürər.
- Salavat günahları aradan aparar.
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.