Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36697
az

Həzrət Əlinin Həzrət Zəhraya (s.ə) elçiliyi necə olub?

20:0901 Avqust, 2020
395
CƏMİYYƏT
  • A

İmam Əli (ə) nəql edir: "Səhabələrdən bəzisi mənim yanıma gəlib dedilər: "Yaxşı olar ki, Peyğəmbərin (s) xidmətinə gedəsən və Həzrət Zəhra (s.ə) ilə evlənmək istəyini ona deyəsən".

Mən Həzrətin (s) xidmətinə getdim və məni görən zaman üzündə təbəssüm yarandı və buyurdu: "Ya Əbəl-Həsən! Nə üçün gəlmisən? Nə istəyirsən?".

Mən qohumluq əlaqəsindən və dində qabaqcıl olmağım haqqında danışdım və Həzrət (s) buyurdu: "Ey Əli! Düz deyirsən! Hətta dediklərindən daha üstünsən".

Dedim: "Ya Rəsulallah! Mən elçilik üçün gəlmişəm. Fatimənin (s.ə) mənim həyat yoldaşım olmasını qəbul edirsinizmi?".

Həzrət (s) buyurdu: "Əli! Səndən əvvəl də Fatimənin (s.ə) elçiliyi üçün gələnlər olmuşdur. Onunla bu haqda danışanda, üzündə narazılıq hiss etmişəm. Amma sən bir az gözlə, mən indi gəlirəm".

O zaman ki, Peyğəmbər (s) qızının yanına gedir, o, yerindən qalxır və atasının əbasını çıxardır. Ayaqqabılarını çıxardır və su hazırlayıb ayaqlarını yuyur. Sonra qayıdıb yerində əyləşir. Bu zaman Peyğəmbər (s) ona buyurur: "Fatiməcan! Mən Allahdan istəmişəm ki, Allah yanında ən sevimli olan insanı sənin həyat yoldaşın qərar versin. Əli ibni Əbutalib sənə elçi düşübdür, nə deyirsən?".

Xanım (s.ə) sakit durdu və üzünü çevirdi. Həzrət (s) onun üzündə razılıq əlamətini hiss etdi. Bu zaman yerindən qalxdı və buyurdu: "Allahu Əkbər! Fatimənin (s.ə) susması razılıq əlamətidir".

Cəbrayil (ə) Həzrətin (s) xidmətinə gəlir və deyir: "Ey Muhəmməd! Fatiməni (s.ə) Əli (ə) ilə evləndir. Allah Fatiməni (s.ə) Əli (ə) üçün bəyənmişdir. Əlini (ə) də Fatimə (s.ə) üçün".

Bu yolla biz ailə qurduq!".

Beləliklə, Həzrət Əli (ə) ilə Xanım Fatiməyi-Zəhranın (s.ə) nikahını Uca Allah Özü bəyənmiş və bunu Rəsuli-Əkrəmə (s) bəyan etmişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftə sonları həddindən artıq yatmaq faydalıdır?
İş yerində bu qidaları yeməyin - SİYAHI
Vatsapdan şəkillərlə bağlı yenilik

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama