Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
478
01.08.2020, 19:30
"Tərviyə" sözünün mənası "görmək" deməkdir. Ancaq bu, hər görmək deyildir, düşüncə üzərindən görməkdir. Yəni qəlb şühudu ilə.
Hər birimiz ürfana tərəf can atır və Allahla arifcəsinə söhbət etmək istəyirik. Belə bir məzmunda hədis var: "Hər kim ki, özünü tanıyar, Allahını tanıyar". İnsan özünü tanımaq üçün iki yolu qət etməlidir: fikir və düşüncə vadisini, əməl və əməli tanımaq vadisini.
İnsan bir qədər təfəkkür etməklə dərk edə bilər ki, onun varlığının həqiqəti bədəni ilə bitmir. İnsan dedikdə, "mən" nəzərdə tutulur. Yəni insan özünü dərk edəndən bəri özünə "mən" deyir. Baxmayaraq ki, uşaqlıq, yeniyetmə, cavanlıq və qocalıq dövrünü arxada qoyur və bədənində çoxlu dəyişiliklər baş verir, ancaq bu "mən" dəyişməz qalır.
Deməli, bədən bir şeydir, "mən" başqa bir şey. Ona görə də özünü tanımağın yollarından biri təfəkkür etmək və düşünməkdir. Nəfsi islah etmək, diqqətlə ibadət etmək, davamlı zikr etmək, əməl və rəftarına nəzarət etmək, yeməkdən və yatmaqdan mümkün qədər azaltmaq, heyvani hisslərini azaldıb, mənəvi hisslərə çox yer vermək - özünü tanımağın əməli yollarıdır. Bu iş dəqiqlik və müəyyən zaman istəyir. Davamlı ibadət və bəndəlik nəticəsində hasil olur. Bu yolun ilk addımı - günah işlətməməkdir. Əgər işlətmişiksə, tez bir zamanda tövbə etməliyik.
Bu günü həm də ona görə tərviyə adlandırırlar ki, Minada və Ərəfatda su yoxdur. Mina və Ərəfata gəlmək istəyən hacılar gərək Məkkədən özləri üçün su götürsünlər. Bu halı "tərviyə" adlandırırlar.
Bu gün - Zilhiccənin mühüm günlərindəndir. İmam Cəfər Sadiqdən (ə) gələn hədisə əsasən, bu gün oruc tutmağın savabı 60 ilin kəffarəsidir. Bu günü hacılar böyük həcc mərasiminə başlayarlar. Bu gün həm də Hüseyn ibni Əlinin (ə) karvanının Kufəyə yola düşdüyü gündür.
Hədislərə görə, Tərviyə günü tutulan oruc 60 ilin kəffarəsidir.
02:40 / 18 May 2026
26
02:18 / 18 May 2026
73
02:05 / 18 May 2026
97
01:43 / 18 May 2026
95
01:36 / 18 May 2026
193
01:33 / 18 May 2026
56
01:19 / 18 May 2026
118
01:17 / 18 May 2026
56
01:14 / 18 May 2026
57
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1938
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
514
18:41 / 17 May 2026
94
18:39 / 17 May 2026
92
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
233
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.