Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
351
30.07.2020, 20:04
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.
Publika.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırdı. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir, Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd edib.
Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim edib. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

19:32 / 17 May 2026
77
19:27 / 17 May 2026
94
19:12 / 17 May 2026
1074
19:02 / 17 May 2026
74
19:00 / 17 May 2026
65
18:43 / 17 May 2026
236
18:41 / 17 May 2026
73
18:39 / 17 May 2026
73
18:37 / 17 May 2026
72
18:35 / 17 May 2026
77
17:32 / 17 May 2026
179
17:28 / 17 May 2026
79
17:27 / 17 May 2026
82
17:25 / 17 May 2026
88
17:16 / 17 May 2026
476
17:14 / 17 May 2026
77
17:11 / 17 May 2026
84
17:08 / 17 May 2026
76
17:07 / 17 May 2026
76
17:05 / 17 May 2026
89
15:14 / 17 May 2026
83
15:00 / 17 May 2026
85
14:45 / 17 May 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.