Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36511
az

Polad Həşimovun evinin qarşısından bayrağın götürülmə səbəbi AÇIQLANDI

20:1029 İyul, 2020
446
CƏMİYYƏT
  • A

Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhid general-mayor Polad Həşimovun evinin qapısından bayraq götürülüb. Vəndam sakinləri qəsəbə icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirlər. "Şəhidimiz o bayraqdan ötrü canını verib" deyən vətəndaşlar bu yanlışın dərhal aradan qaldırılmasını tələb edirlər.

Bizimyol.info  məsələnin məğzini öyrənməyə çalışıb, Vəndam kənd Bələdiyyəsinin sədri Asif Həşimovla əlaqə saxladıq. Asif Həşimov bildirdi ki, şəhid generalımıza Vəndam kəndində böyük hörmət var və heç kim ona qarşı hörmətsizlik etməz.

"Polad Həşimov təkcə bizim Vəndamın yox, türk dünyasının oğludur, bütün Azərbaycanın generalıdır. Onun evinin qarşısındakı bayraq ona görə götürülüb ki, ölüm xəbəri yayılan gün evinin yerini bildirmək üçün kəndin cavanları öz təşəbbüslərilə o bayrağı generalın evinin qabağında işıq dirəyindən asdılar. Biz də düşündük ki, mərhumun yeddisi çıxana qədər bayraq orda qala bilər. Lakin bayrağın işıq dirəyindən asılması da düz olmazdı. Bu gün ölkə başçısı Cənab Prezident İsmayıllı və Qəbələ rayonuna səfər edir.

Keçdiyi yolla mərhumun evinin arasında çox az məsafə var. Bayrağın işıq dirəyindən asılması xoş görünmürdü, Onu daha səliqəli şəkildə yenidən asacağıq. Dünən generalın evinin qarşısında biz səliqə sahman işləri aparmışıq, orda tikinti materialları var idi, onları yğışıdırdıq səliqəyə saldıq. Bələdiyyənin işçilərini başqa işə göndərmişdik, mən küçədəki bir iki cavandan kömək etməyi xahiş etdim, dedilər yorulmuşuq. Elə Polad sevən idiniz kömək edəydiniz də. Hər şeyi böyüdüb, mediaya başqa cür təqdim etmək olmaz. Poladın şəklini böyütdürüb bələdiyyənin qarşısındakı meydandan asmışıq.Polad bizim ürəyimizdədir. Polad elə bir yaxşı oğul idi ki, inanmıram kimsə onu sevməsin. Kənddə hamı bir-birinə qohumdur, elə mənə də qohum idi. Kəndə az – az gəlirdi, amma gələndə də fikri xəyalı orduda qalırdı.Elə ünsiyyət qururdu ki, onu general olduğuna görə yox, elə öz xarakterinə görə hörmət edirdilər”,- deyə bələdiyyə sədri bildirib.

Bələdiyyə olaraq generalın adının əbədiləşdirilməsi barədə sualımıza cavab olaraq Asif Həşimov qeyd etdi ki, generalın adı o qədər böyük və əzəmətlidir ki, onun adını bir küçəyə yox, şəhərə vermək lazımdır. "Kiçik işlərlə onun adını cılızlaşdırmaq olmaz” .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var