Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
500
29.07.2020, 19:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən təlim-metodiki toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin və qərar qəbuletmə bacarıqlarının artırılmasına yönəldilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki müxtəlif təlim trenajorlarında şəxsi heyətin sürücülük və atəş bacarıqları praktiki olaraq yoxlanılıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, toplantıya cəlb edilən zabitlərin virtual təlim meydançasında qazandıqları biliklərin real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilməsi məqsədi ilə praktiki atış çalışmaları yerinə yetirilib.
Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni yerlərinə ekskursiyalar təşkil olunub. Həmçinin gənc zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.
Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə polkovnik Mənsum Əhmədov məqbullar götürülən zaman gənc zabitlərin yüksək nəticələr göstərdiklərini qeyd edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən toplantının əhəmiyyətindən danışıb və toplantıda nümunəvi iştirak etdiklərinə görə zabitlərin bir qrupuna təşəkkür elan edərək həvəsləndirib.
19:32 / 17 May 2026
1
19:27 / 17 May 2026
18
19:12 / 17 May 2026
257
19:02 / 17 May 2026
44
19:00 / 17 May 2026
40
18:43 / 17 May 2026
141
18:41 / 17 May 2026
51
18:39 / 17 May 2026
53
18:37 / 17 May 2026
49
18:35 / 17 May 2026
48
17:32 / 17 May 2026
142
17:28 / 17 May 2026
63
17:27 / 17 May 2026
63
17:25 / 17 May 2026
71
17:16 / 17 May 2026
383
17:14 / 17 May 2026
61
17:11 / 17 May 2026
70
17:08 / 17 May 2026
66
17:07 / 17 May 2026
63
17:05 / 17 May 2026
72
15:14 / 17 May 2026
73
15:00 / 17 May 2026
72
14:45 / 17 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.