Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36411
az

Metronun fəaliyyəti ilə bağlı AÇIQLAMA

19:5626 İyul, 2020
628
  • A

Xəbər verdiyimiz kimi, 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edildiyinə görə Bakı metropolitenin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, şənbə-bazar günləri metro ilə yanaşı ictimai nəqliyyat da işləmir. İyulun 31-də və avqustun 1-də Azərbaycanda Qurban bayramı günləri keçiriləcək. Bu günlərdə ictimai nəqliyyat və metro işləycəkmi?

Mövzunu deputat Fazil Mustafa ilə davam etdirdik. O, Konkret.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun Operativ Qərargahın brifinqində dediklərini xatırladaraq Qurban bayramı ilə bağlı müyyən addımların atılacağını deyib.

Deputat vətəndaşın vəziyyətini yüngülləşdirən addımların nəzərdə tutulduğunu vurğulayıb: “Ona görə də burada hər hansı narahat edici heç nə yoxdur. Amma çox güman ki, metro və ictimai nəqliyyat işləməyəcək. Heç məsləhət də deyil”.

Fazil Mustafa bu gün yayılmanı sürətləndirən ən təhlükəli infrastrukturun metro və avtobuslar olduğunu bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, avtobuslar yerin üstündə olduğuna görə hava baxımından tənzimləmək olur, amma yer altında kondisionerlə işləməyə məcburdurlar: “Ona görə də metronu açmaq hələ tezdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır