9,7% artıb - DSMF AÇIQLADI
17 Noyabr 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1498
26.07.2020, 18:13
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
İyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
27 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti olacaq.
10:45 / 17 Noyabr 2026
11
10:32 / 17 Noyabr 2026
43
10:30 / 17 Noyabr 2026
56
10:22 / 17 Noyabr 2026
51
10:17 / 17 Noyabr 2026
56
10:13 / 17 Noyabr 2026
57
10:00 / 17 Noyabr 2026
65
09:58 / 17 Noyabr 2026
169
09:54 / 17 Noyabr 2026
521
09:45 / 17 Noyabr 2026
72
09:43 / 17 Noyabr 2026
85
09:36 / 17 Noyabr 2026
78
09:33 / 17 Noyabr 2026
364
09:31 / 17 Noyabr 2026
109
09:28 / 17 Noyabr 2026
116
09:25 / 17 Noyabr 2026
89
09:11 / 17 Noyabr 2026
94
09:04 / 17 Noyabr 2026
98
08:26 / 17 Noyabr 2026
89
00:49 / 17 Noyabr 2026
187
00:34 / 17 Noyabr 2026
367
00:17 / 17 Noyabr 2026
170
23:58 / 16 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.