Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! AZAL təcili müraciət etdi

DİQQƏT! AZAL təcili müraciət etdi

CƏMİYYƏT

503

10.07.2020, 12:06

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xüsusi və çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.

Oxu24.com  xəbər verir ki, bu barədəd AZAL-ın dərc etdiyi məlumatda deyilir.

Bildirilir ki, aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir.

Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.

"Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir", - aviaşirkətin məlumatında deyilir.

AZAL həmçinin, provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.