Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Bu gündən etibarən...

DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Bu gündən etibarən...

CƏMİYYƏT

1902

10.07.2020, 11:30

Əhaliyə hava ilə  bağlı  xəbərdarlıq  edilib.

İyulun 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26,  gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

İyulun 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Həmçinin oxu:   Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər - AÇIQLAMA