Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
18 Noyabr 2026, 12:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
765
12.06.2020, 16:29
Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 16.06.2020-ci il tarixindən dayandırılır.
Bakı Nəqliyyat Agentliyindən Oxu24.com-a verilən məlumata görə, metro stansiyaların fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspres marşrutlara olan sərnişin təlabatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olmuşdur ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayının artıb rentabelliyi azalıb bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır.
Belə ki, ekspress xətlər üzrə 09 may tarixindən öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metro stansiyaların fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 %-ə dək enmiş və hal hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.
Həmçinin, bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.
Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.
12:32 / 18 Noyabr 2026
1
12:28 / 18 Noyabr 2026
21
12:20 / 18 Noyabr 2026
42
12:15 / 18 Noyabr 2026
38
12:10 / 18 Noyabr 2026
69
12:03 / 18 Noyabr 2026
70
12:03 / 18 Noyabr 2026
383
11:49 / 18 Noyabr 2026
143
11:43 / 18 Noyabr 2026
78
11:39 / 18 Noyabr 2026
84
11:35 / 18 Noyabr 2026
89
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
436
11:19 / 18 Noyabr 2026
110
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
83
11:11 / 18 Noyabr 2026
634
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
100
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.