Qaynar xətt:

(+99450) 247 90 86

DİM bədən hərarətinə görə imtahana buraxılmayan şagirdlər haqda danışdı

DİM bədən hərarətinə görə imtahana buraxılmayan şagirdlər haqda danışdı

CƏMİYYƏT

644

12.06.2020, 13:55

Bədən hərarəti aşkarlandığına görə, buraxılış imtahanına buraxılmayan şagirdlər üçün yenidən imtahanların təşkili ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır.

Oxu24.comTrend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, bununla bağlı hələ qərar verilməyib: "Amma buna bir ümid də var deyərik".

B.Xəlilov əlavə edib ki, imtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçiriləcək.