Qaynar xətt:

(+99450) 247 90 86

10 rayona yeni rəis təyin edildi

10 rayona yeni rəis təyin edildi

CƏMİYYƏT

760

12.06.2020, 10:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərişıq” ASC-də 2 region və 10 rayona yeni rəis təyin edilib. 

Oxu24.com  xəbər verir ki, prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq istehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin edilmişlər. 

Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin edilib.